Qubada gecə və maskalı “vəhhabi ovu”

img

08-01-2014 [16:52]



Ötən gecə Qubada 4 nəfər saxlanılıb.

Bu barədə "Azadlıq” radiosuna rayondakı hüquq müdafiəçisi Aftandil Məmmədov məlumat verib.

Onun dediyinə görə, qara maskalı şəxslərin keçirdiyi əməliyyat zamanı saxlananlardan biri də onun 22 yaşlı əmisi oğlu Vəfanur Məmmədovdur: "Gecə saat 1 radələrində onların evinə gələn qara maskalı şəxslər ailə üzvlərinə zor tətbiq etməklə onu aparıblar. Hara aparıldığı, harada saxlandığı bizə məlum deyil. Rayon polisindən dedilər ki, əməliyyatı onlar keçirməyiblər və bu barədə də hər hansı məlumatları yoxdur. Əmim oğlu 2 ay əvvəl namaza başlayıb. Onu "vəhhabi”lərlə əlaqələrdə ittiham edirlər”.

Əməliyyatın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirildiyi barədə ehtimallar səsləndirilsə də, nazirliyin mətbuat xidmətindən bu barədə məlumatsız olduqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA