Tofiq Yaqublu ilə İlqar Məmmədovun məhkəməsində qarışıqlıq yaranıb

img

08-01-2014 [15:08]


Bu gün Şəki rayon Məhkəməsində İsmayıllıda iğtişaşların törədilməsində şübhəli bilinən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və "REAL” təşkilatının sədri İlqar Məmmədovun məhkəmə prosesi keçirilir. Modern.az xəbər verir ki, prosesdə "İsmayıllı Elşən” ifadə verib. Daha sonra hakim "Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzini zaldan çıxarıb. O, qərarını onunla əsaslandırıb ki, jurnalist prosesi pozur. Bu üzdən məhkəmədə qısa fasilə yaranıb. Daha sonra məhkəmə dinləmələri bərpa olunub.

Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də məhkəmə binasına yaxınlaşmaqda müəyyən əngəllələr yaradılıb. Məhkəməyə gələnlərin binaya yaxınlaşmaması üçün polis əməkdaşları yolu bağlayıb.Səhər saatlarında başlanan məhkəmə prosesi nahar fasiləsindən sonra davam edib. Xatırladaq ki, müttəhimlər ötən ilin yanvarında İsmayıllıda yanğınla müşayiət olunan iğtişaşın törədilməsində təqsirləndirilirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA