İcra məmurlarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət qaydaları dəyişir

img

21-04-2021 [12:03]


İcra məmurlarının məsuliyyəti və onların fəaliyyətinə nəzarət qaydaları dəyişir.

Bu, “İcra məmurları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Lakin indiyədək həmin nəzarət mexanizminin qaydasını nəzərdə tutan konkret normativ-hüquqi akt hazırlanmayıb.

Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, bu nəzarətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilməsini müəyyən edir.

Qanun layihəsi qəbul olunarsa, həmin qaydanın Nazirlər Kabineti tərəfindən hazırlanması nəzərdə tutulub/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA