​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif etdi: "Cənab Putin, mən sizə..."

img

20-04-2021 [23:56]


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Donbasda görüşməyi təklif edib.

Zelenski bildirib ki, Qərb Ukraynanı maliyyə cəhətdən dəstəkləməyə hazırdır. Ukrayna rəhbəri eyni zamanda Avropanın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu vurğulayıb.

"Cənab Putin, mən sizə müharibənin getdiyi Donetskin istənilən nöqtəsində görüşməyi təklif etməyə hazıram", - Ukrayna lideri deyib.

Zelenski eyni zamanda, Ukraynanın cənub-şərqindəki vəziyyətə görə rəsmi Kiyevin Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayan beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA