Əli Əsədov Rusiyaya dəvət olundu - Mixail Mişustin tərəfindən 

img

20-04-2021 [22:18]


Bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA