Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb

img

19-04-2021 [20:05]


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına görə dünya miqyasında tətbiq etdiyi fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.

Bu barədə ÜST-nin Beynəlxalq Səhiyyə Tənzimləməsinin (IHR) Fövqəladə vəziyyət komitəsinin 7-ci iclasında vəziyyətin müzakirəsindən sonra müvafiq qərar çıxarılıb.

“ÜST baş direktoru COVID-19 pandemiyasının ictimai səhiyyədə beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət olaraq qaldığı qərarına gələrək komitənin tövsiyələrilə razılaşıb”, - komitənin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, indiyədək dünyada koronavirusa 142 milyon nəfər yoluxub, bunların 3 milyondan artığı dünyasını dəyişib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA