Hökumət qəbul imtahanları ilə bağlı yeni qərar verdi

img

19-04-2021 [18:03]


Dövlət sifarişi yerləri tələbə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən boş qaldığı halda, Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin yerlərə eyni ixtisas (ixtisaslaşma) üzrə tələbə qəbulu imtahanlarının nəticələrinə əsasən ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxsi, eyni ixtisas (ixtisaslaşma) üzrə təhsilalan olmadıqda isə eyni ixtisas qrupu üzrə tələbə qəbulu imtahanlarının nəticələrinə əsasən ən yüksək bal toplamış ödənişli əsaslarla qəbul olmuş şəxsi yerləşdiriləcək. 

Mia.az xəbər verir ki, bu, “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə  Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklikdə əksini tapıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA