Göyçayda toyda dava düşdü, dörd nəfər bıçaqlandı

img

06-01-2014 [10:52]


Göyçay rayonunda toy mərasimi dava ilə nəticələnib.

"Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, kənddə təşkil edilən toy mərasimində iştirak edən qonaqlar arasında baş verən kütləvi dava zamanı 1988-ci il təvəllüdlü Mustafayev Nüsrət Əfqan oğlu, 1989-cu il təvəllüdlü Yusifov Rusif Ramiz oğlu, 1993-cü il təvəllüdlü Yusifli Rüstəmxan Alxan oğlu və 1965-ci il təvəllüdlü Qorxmaz Sərxan oğlu Yusifov bıçaqlanıb, 1987-ci il təvəllüdlü Mustafayev Nəzarət Əfqan oğlu dəmir küt alətlə döyülüb.

Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA