İmişlidə bomba həyəcanı

img

03-01-2014 [15:22]


İmişli Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasına partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs tutulub. 

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, dekabrın 31-də saat 16:48-də naməlum şəxs telefonla zəng edərək İmişli RPŞ-nin inzibati binasına partlayıcı qoyulduğunu bildirib.

Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Yalan məlumatın İmişli rayonunun Qızılkənd kənd sakini Ramiz Hümbətov tərəfindən verilməsi müəyyən edilib.
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hümbətov saxlanılıb və onun sərxoş halda olması müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA