Daha bir toy mərasimi polis müdaxiləsi ilə dayandırılıb

img

31-03-2021 [18:08]


Bakıdan Tərtər rayonuna gəlin köçürülən 17 yaşlı qızın toy mərasimi polis müdaxiləsi ilə dayandırılıb.

Məlumata görə, ailə qurmaq üçün rayona aparılan qız barədə polisə daxil olan məlumat üzrə keçirilən təxirəsalınmaz tədbirlərlə toy mərasiminin qarşısı alınaraq, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bakıdan rayona ezam olunan polis əməkdaşları rayondakı həmkarları ilə birgə mərasimi təşkil edən qızın ailə üzvlərini və qohumlarının dairəsini müəyyən edərək, onları məsuliyyətə cəlb ediblər.

Qızın təhlükəsizliyi təmin olunmaqla hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Məlumatı DİN Mətbuat Xidmətindən "Report"a təsdiqləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA