Masallıda şok olay: 16 yaşlı qızını 31 yaşlı şəxsə ərə vermək istəyən ata saxlanıldı

img

31-03-2021 [16:57]


Masallı rayonunda 16 yaşlı qıza nişan mərasimi təşkil etmək istəyən ata saxlanılıb.

Hadisə rayonun Sığınacaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri – 16 yaşlı qızla 31 yaşlı kişinin valideynləri onlara bu axşam nişan məclisi təşkil etmək planlaşdırıblar. Daha sonra Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları həmin əraziyə cəlb olunub və 16 yaşlı qızın atası RPŞ-nə gətirilib.

Masallı RPŞ-də həmin şəxslə profilaktik söhbət aparılıb, qanunamüvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Report”a faktı təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA