“Məktəb inspektoru” olmaq istəyən 72 nəfərdən 47-si keçid balını toplaya bilməyib

img

31-03-2021 [14:22]


Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan “məktəb inspektoru” vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.

Agentlikdən Mia.az-a verilən məlumata görə, namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən imtahanda ümumilikdə 72 nəfər namizəd iştirak edib.

Həmin namizədlərdən 50-si qadın, 22-si isə kişi olub. 1 saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplayıb.

İmtahandan uğurla keçən namizədlər aprelin 3-dək müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA