Yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb - FOTO

img

31-03-2021 [13:23]


Şəkidə polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, rayon sakini S.Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub. Həmin şəxslə izahedici söhbətlər aparılıb, əraziyə həkim briqadası dəvət edilib və o, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.  

S.Məmmədova barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA