Məmurlar cəmiyyətin qarşısına sənədlə-sübutla..." - İqtisadçı Hacıbala Abutalıbova səsləndi

img

31-03-2021 [11:55]


"Uzun illər paytaxtın icra başçısı postunu tutmuş Hacıbala Abutalıbov deyib ki, oğlanları müstəqil şəxslərdir və hər kəs kimi özlərinə iş qurmaq, pul qazanmaq imkanına sahibdirlər. Sırf hüquqi baxımdan Hacıbala müəllim haqlıdır".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçi Rövşən Aöayev deyib.

Onun sözlərinə görə, sabiq icra başçısı, o cümlədən onun kimi düşünən bütün vəzifəli şəxslər bəzi suallara səmimi cavab versinlər, cəmiyyət də bu hüquqdan yararlanaraq qazandıqlarını onlara halal etsin:

"Məsələn, hansı səbəbdən ən uğurlu biznes sahələri ancaq ya birbaşa, ya da dolayı yolla məmurlara bağlıdırlar?

Niyə bu ölkənin bütün zəngin adamları ya birbaşa ya da dolayı yolla siyasi hakimiyyətə bağlıdırlar?

Məmurlar cəmiyyətin qarşısına sənədlə-sübutla çıxmağı bacararlarmı ki, onların vəzifədə olmadıqları və olduqları dövrdə əmlak vəziyyəti, maddi imkanları arasında fərq necədir?

Xüsusilə də ölkəyə böyük neft pulları gəlməmişdən (2006-cı ildən) əvvəl və sonra onların maddi imkanları, sərvətlərinin miqyası necə dəyişib?

Toplum qarşısına bu cür sualların cavabları ilə çıxmağa hazır olan istənilən ali ranqlı məmurun qarşısında şapka çıxardıb baş əyərəm...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA