Bakıda küçələrdə daha 7 COVİD-19 xəstəsi saxlanıldı

img

30-03-2021 [12:24]


Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət - profilaktik tədbirləri davam etdirir.

Mia.az DİN-ə istinadla xəbər verir ki, martın 28-də və 29-da paytaxtın Qaradağ, Yasamal və Xətai Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən həmin rayonlar ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA