5 gün əvvəl komandaya baş məşqçi təyin olunan İsmayıl Qartal istefa verdi - Klub Yılmaz Vuralla anlaşdı

img

29-03-2021 [20:35]


Türkiyə superliqasında mübarizə aparan "Ərzurumspor"da bu mövsüm 4-cü baş məşqçi dəyişikliyi yaşanıb.

Mia.az xəbər verir ki, klub rəhbərliyi bu dəfə komandanın sükanı arxasına Yılmaz Vuralı gətirib.

Məlumata görə, klubla tanınmış məşqçi arasında mövsümün sonunadək anlaşma əldə olunub.

Xatırladaq ki, 5 gün əvvəl İsmayıl Qartal komandaya baş məşqçi təyin olunmuşdu. Lakin bir oyuna belə çıxmadan dünən o, istefa verib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA