Bakı-Şamaxı yolunda dəhşətli qəza: 5 ölü, 3 yaralı - (Fotolar)

img

28-12-2013 [16:28]


Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidi, Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin Musavat.com-a verdiyi məlumata görə, "VAZ-2107” markalı iki avtomobil toqquşub. Dəhşətli qəza nəticəsində 5 nəfər ölüb, 3 adam ağır yaralanıb. Yaralılardan biri əsgərdir. İkram İsrafil bildirir ki, hələ təcili yardım briqadaları hadisə yerinə çatmayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA