Türkiyə yığmasının 3 futbolçusu koronavirusa yoluxub

img

29-03-2021 [11:54]


DÇ-2022-nin seçmə mərhələsinə parlaq qələbələrlə başlayan Türkiyə yığmasında koronavirus şoku yaşanır.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın 3 futbolçusu koronavirusa yoluxub.

Yerli mətbuatda yazılan məlumata əsasən, testin nəticəsi 3 nəfərdə pozitiv çıxıb və həmin oyunçular karantinə alınıb. A Spora açıqlama verən millinin sabiq baş məşqçisi Mustafa Dənizli də xəbəri təsdiqləyib. O, yığmanın hazırkı çalışdırıcısı Şenol Günəşlə danışdığını və məlumatın doğru olduğunu öyrəndiyini söyləyib.

Qeyd edək ki, qrupdakı ilk oyunlarında Niderlandı 4:2, Norveçi isə 3:0 hesabı ilə məğlub edən Türkiyə yığması sabah Latviyanı qəbul edəcək.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA