Tibb Universitetinin Cərrahiyyə Klinikasının həkimi qəzaya düşüb: "Alnım və başım yarıldı"

img

28-03-2021 [13:57]


Tibb Universitetinin Cərrahiyyə Klinikasının həkimi olan Vasif İsmayıl qəzaya düşüb.

bu barədə həkimin özü sosial şəbəkədə məlumat paylaşıb: “Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.

Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı.

Kəmər taxma alışqanlığım olmasa, yəqin, başımla şüşəyə dəyəcəkdim. Bu qədər yavaş sürətdə... Kəmər taxın - həyat qurtarır!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA