DİN Bakıda baş verən partlayışla bağlı məlumat yaydı

img

28-12-2013 [13:46]



Daxili İşlər Nazirliyi Bakıda idman kompleksində baş verən partlayışla bağlı məlumat yayıb. 

DİN-in saytında verilən məlumata görə, dekabrın 27-də saat 19 radələrində Biləcəri qəsəbəsinin ərazisində yerləşən "Lokomotiv” İdman Kompleksinin qazanxanasında təmir işləri aparılarkən təbii qazın sızmasından partlayış baş verib. 


Nəticədə qazanxananın tavanı uçub, orada təmir işləri aparan Şahvələd Məmmədov hadisə yerində ölüb. Xəsarət alan Elvin Qurbanov isə xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA