Qəbələ və Ucarda 12 və 16 yaşlı uşaqlar özlərini öldürdü

img

27-03-2021 [17:36]


Qəbələ rayonunda 16 yaşlı yeniyetmə intihar edib.

Məlumatına görə, hadisə rayonun Bayramkoğa kədində qeydə alınıb.

2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb. Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da müayinə zamanı artıq onun öldüyü məlum olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil/Report.

***

Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib.

Hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır/Report.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA