Sumqayıt vəhhabilərinin başçısı tutuldu

img

28-12-2013 [12:20]


Dekabrın 11-də Sumqayıtda "xəvarici”lərlə "sələfi"lər arasında silahlı münaqişənin baş verməsi barədə yazmışdıq. Xatırladırıq ki, həmin hadisə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları almışdılar. Sonrakı günlərdə hüquq-mühafizə orqanları xüsusi əməliyyatlar keçirərərk, insidenti törədən və "xəvvaric”lərə rəhbərlik edən şəxsləri yaxalamışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin 16 dekabrda yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə baş vermiş cinayətdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Alim Tağıyev və Firudin Musayev saxlanılmışdı. Mətbuat xidməti bildirirdi ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə bıçaq xəsarəti almış Anar Rəhimovun evinə baxış zamanı 1 ədəd "F-1” qumbarası, 1 süngü bıçaq, 30 ədəd patron, 1 patron darağı, 1 ədəd noutbuk, qanunla qadağan olunmuş 3 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, qəlpə yarası almış Elnur Nəzərəliyevin evinə baxış zamanı isə qundağı və lüləsi kəsilmiş 1 ov tüfəngi, 1 süngü-bıçaq, 26 ədəd audio disk, 31 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Eləcə də Quba rayon sakini Anar Mirzəyevin Sumqayıt şəhərində kirayədə yaşadığı evə baxış zamanı 104 qram həşiş, təbliğat xarakterli 16 ədəd audio disk, qanunla qadağan olunmuş 6 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat, Sumqayıt şəhər sakini Vüqar Xəlilovun yaşadığı evə baxış zamanı isə 1 qumbara, 31 ədəd avtomat patronu, 1 süngü-bıçaq aşkar edilib.

Dekabrın 16-da polisin əməliyyatları nəticəsində bu işlə bağlı artıq 13 nəfər saxlanmışdı. Onların barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Saxlanılanlar Cinayət Məcəlləsinin "Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə" (228.3-cü) maddəsilə təqsirli bilinir.
Saxlanan şəxslərdən birinin vəkili Fariz Namazlı Azaadlıq radiosuna demişdi ki, təqsirləndirilən şəxslər silahdan istifadə etməklə xuliqanlıqda günahlandırılır. Onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 -cü maddəsi üzrə cinayət işi başlanıb.
Vəkil Fariz Namazlı deyib ki, əlavə ittihamların olacağı da gözlənir:
Musavat.com-a məlum olub ki, əməliyyatlar hələ də dayanmayb. Demək olar ki, hər gün əməliyyat keçirilir və "vəhhabi” adlandırılan radikal qruplaşmanın ("xəvvariclər”)ayrı-ayrı üzvləri saxlanılaraq, məhkəmə hökmü ilə həbsxanaya göndərilir.
Musavat.com-a hüquq mühafizə orqanlarındakı mənbə deyib ki, 2 gün öncə hüquq mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Sumqayıt "vəhhabilərinin” lideri hesab olunan şəxs yaxalanıb. Onu, Azərbaycan- İran sərhəddində saxlayıblar. Həmin şəxsin şəxsiyyəti barədə hələlik dəqiq məlumat verilməyib.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA