Canavarlar kəndə hücum edib - Oğuzda + FOTO

img

25-03-2021 [15:09]


Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.

Məlumata görə, hadisə gecə saatlarında rayonun Bayan kəndində qeydə alınıb. Kəndə hücum edən canavarlar kənd sakini Rəşid Baba oğu Babayevin yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib. Canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, heyvanlardan 10-u tələf olub. 

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib.

Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında baytarlıq təlimatlarına uyğun olaraq kəndin ərazisində basdırılıb, ərazi dezinfeksiya edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA