Mingəçevirdə yataqxanada yanğın olub, zərərçəkənlər var

img

25-03-2021 [11:54]


Mingəçevir şəhərində yanğın hadisəsi olub.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.

Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA