İcra başçısı peyvənd olunub - FOTO

img

23-03-2021 [17:36]


Nəsimi rayonunda “COVİD-19” infeksiyasına qarşı mübarizə məqsədi ilə sakinlərin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

Mia.az xəbər verir ki, rayon sakinlərinə əlavə vaxt itkisi sərf etmədən özlərinə münasib tarixdə və saatda ən yaxın tibb məntəqəsində peyvənd olunmaları üçün müvafiq şərait yaradılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov sakinlərin peyvənd olunması üçün rayon üzrə təyin olunmuş tibb müəssisələrində olaraq vaksinasiya prosesinin gedişi ilə maraqlanıb. Peyvənd olunan vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlətimizin gördüyü işlərlə bağlı ətraflı məlumat verilib.

Sonra isə İcra başçısı “COVİD-19” pandemiyası əleyhinə peyvənd olunub.

Nəsimi rayonunda sakinlərin “COVİD-19” infeksiyasına qarşı peyvənd olunması kampaniyası uğurla davam etdirilir.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA