Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-03-2021 [00:07]
Qoç - planlarda dəyişikliklər olacaq. Çətin vəziyyətə düşmüş dostlardan birinə yardım gərəkdir. İşlər çoxdur. Zəhmətkeş olun, problemlərin həllindən yayınmayın. Bütün təklifləri dəyərləndirmək və hamıya yardım etmək mümkün deyil.
Günün ikinci yarısında şəxsi münasibətlərdə mövqelərinizi müdafiə edin. Həddən artıq inadkarlıq etməyin. Hisslər məntiqi üstələməməlidir.
Yaşam arealınızı nizamlayın. Qaydadan estetik həzz ala bilərsiniz. Daxili harmoniyaya nail olun.
Buğa - əlavə tapşırıqlar istisna deyil. Gün xoşagəlməz sürprizlər vəd edir. Ən ağır işləri tələsmədən yerinə yetirmək mümkündür. Alış-verişdə bədxərclik etməyin.
Mübahisələrə qatılmayın. Belə "müzakirə"lərin sonucları pis olacaq və sizdə nevroz durumu yaranacaq. Ətrafınızdakı gərginliyin fiqurlarından birinə çevrilməyin. Mənfi kənar təsir altına düşməyin.
Günün ikinci yarısında təxribatlara uymayın. Sirrlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin.
Axşam saatları ciddi məsələlərin nəzərdən keçirilməsi üçün əlverişli deyil. Yeni sifarişlərin qəbulunu ertələyin.
Əkizlər - gerçəkləşdirməyə çalşıdığınız məsələ ilə bağlı yeni tapşırıqlar alacaqsınız. Maraqlarınızı təmin edin. Yaxın ətrafınızdakı insanların mənafeləri tələb edirsə, planlarda dəyişikliklər edin.
Praktik işlərə daha çox diqqət yetirin. Uzun müddət ərzində yeknəsək işlərlə məşğul olacaqsınızsa, səbr və təmkinə ehtiyacınız var.
Günün ikinci yarısında yaşamınızda formalaşan yeni mövzulara fikir verin. Əvvəllər hazır olmadığınız işlə bağlı təklif alacaqsınız. Təşəbbüslər az deyil. Hadisələrə təsir imkanlarına malik insanların dəstəyinə ehtiyacınız var.
Faydalı əlaqələrin sayını artırın. Kimsəyə imkan verməyin ki, sizi tələsdirsin.
Xərçəng - ünsiyyətlərinizdən asılı olaraq gün narahat alına bilər. Mühüm xəbərlər alacaqsınız. Sizi narahat edən suallara cavabları əldə edin. Axına qarşı üzməyin, Yaşam köklü dəyişikliklər tələb etmirsə, hiperaktivliyə heç bir ehtiyac yoxdur.
Günün ikinci yarısında xüsusi önəm verdiyiniz istiqamətdə orientirlər dəyişə bilər. Problemlər sizdə qıcıq yaratmasın. Əqli qabiliyyətinizdən və intellektinizdən yararlanın.
Çətinliklər sizin üçün əlavə stimuldur.
Səhhətinizin qeydinə qalın.
Gərginlikdən qurtulmaq üçün axşam saatlarında normal istirahət edin.
Şir - tələskənliyə yol verməyin. Nəyəsə nail olmaq fikriniz varsa, başqasına güvənməyin, kimsəyə bel bağlamayın. Maddi maraq effektiv fəaliyyət və yaradıcı məziyyətlərinizin nümayişi üçün stimul ola bilər. Başqalarının işlərinə müdaxilə etməyin.
Günün ikinci yarısında planlaşdırılmamış fəaliyyət zərurəti yaranacaq. Diqqətinizi ikinci dərəcəli işlərə yayındırmayın. Müstəqil olun, təkbaşına çalışın.
Axşam saatları xoş ortamda rahat istirahət üçündür.
Qız - çətin, qarışıq situasiyalarda necə davranacağınızı müəyyənləşdirin. Sizə uğur qazandıra biləcək addımları atmaqdan çəkinməyin. Darıxdırıcı və rutin fəaliyyət sizi təbdən çıxarmamalıdır. Təmkinli olun.
Günün ikinci yarısında alış-verişə və əyləncəyə çox pul xərcləməyin. Qənaətcil olun. Yaxınlarınız və dostlarınızla mübahisəyə başlamayın. Əks təqdirdə münaqişənin səbəbkarına çevrilə bilərsiniz.
Yarımçıq işləri başa vurun. İnadkarlıqda fayda var.
Tərəzi - çətinliklərdən qorxmayın, maneələri qətiyyətlə dəf edin. Bir qədər səy göstərsəniz, məqsədlərinizə çata bilərsiniz. Yaxşı perspektivlər var. Tələsik qərarlar verməyin. Addımlarınızı yaxşıca düşünüb-daşının.
Günün ikinci yarısı istirahət, əyləncə zamanı deyil. Görüləsi xeyli iş var. Nəzərdə tutulmayan məqamlar görüşə mane ola bilər.
Diqqətsiz davransanız, sevdiyiniz insanın qəlbinə dəyə bilərsiniz.
Əqrəb - fəaliyyətin yeni ritminə uyğunlaşmaq üçün ətrafınızdakı dəyişiklikləri nəzərdən qaçırmayın. Əməkdaşlığın yönlərini dürüst müəyyənləşdirin. Dominion mövqe tutmursunuzsa, həmkarlar və ya tərəfdaşlarla ünsiyyətdə müzakirələr aparın. Aktiv olun.
Günün ikinci yarısıda bəzi olayları proqnozlaşdıra bilsəniz, rəqibləri üstələmək şansları yaranacaq. Məqsədə doğru qətiyyətlə irəliləyin. Spontan şanslar yaranacaq.
Təxribatlara uymayın, ehtiyatlı davranın. Hisslərə uyaraq düşünülməmiş addımlar atsanız, rəqiblər mütləq bundan bəhrələnəcəklər.
Oxatan - mühüm işlərdən birini təxirə salmayın. Önəmli məsələlərə xüsusi diqqət verin. Proseslərə müdaxilə gərəkdir. Süst və apatik olmayın. Səhv riskini minimuma endirin, başqasının yanlışlıqlarını müzakirə etməyin.
Günün ikinci yarısında planların hamısını reallaşdırmaq asan deyil. Diqqətli olun. Emosiyalarınıza nəzarət edin. Həlli ilə məşğul olduğunuz problemin çözüm variantlarının keyfiyyətini artırın.
Optimallaşdırmalar üçün imkanlar yaranıb. Axşam saatlarında stressdən qurtulun.
Oğlaq - perspektivə hesablanmış planların reallaşması üçün yeni tərəfdaşlara və köməkçilərə ehtiyac duyulur. Natamam layihələri həyata keçirməyə tələsməyin. Gərəkli məlumatları əldə edin. Aldığınız təklifləri tələsmədən dəyərləndirin. Qeyri-adi tanışlıq mənfəətli ola bilər.
Günün ikinci yarısında tanışlardan biri yardım istəyəcək. Ona kömək edin.
Fəaliyyət müstəvisindəki xaosu aradan qaldırın. Situativ problemləri ürəyinizə salmayın. Gələcəyə baxın. Səhhətinizə fikir verin.
Dolça - tələsmədən çalışın. Dostlar və tanışlarla ünsiyyətdə olun. Özünüzü qətiyyətli, əmin hiss etmək istəyirsinizsə, ətrafınızdakı proseslərdən agah olmağa çalışın. Kiçik təmirlə məşğul olmaq mümkündür.
Yaşam arealında qayda yaradın.
Günün ikinci yarısında fəaliyyətin konkret, praktiki yönlərinə əhəmiyyət verin. Sərfəli işlərlə məşğul olun, perspektivi düşünün. İdeyalar arasında ən dəyərlisini seçərək irəliləyin. İşlərdə uğur qazanmaq üçün mümkün qədər çox məlumat toplayın.
Axşam saatlarını evdən kənarda keçirmək olar.
Balıqlar - günün ilk yarısından etibarən yaranan situasiyalarda anlaşılmazlıqlar var. İşlərdə tələb olunan keyfiyyətə nail olmaq üçü xeyli çalışmalısınız. Yaşamınızdakı maneələr və müşküllər yeni ideyaların yaranmasını əngəlləyə bilməyəcək.
Günün ikinci yarısında hadisələrin axarına kəskin müdaxilə etməsəniz, maraqlı sürprizlərlə qarşılaşacaqsınız. Çoxdan tanıdığınız insanlardan biri ilə bağlı bilmədiyiniz məlumatı alacaqsınız. Yaxın ətrafınızdakı insanların reaksiyalarına fikir verin, onların davranışlarını müşahidə edin.
Axşam saatlarında normal istirahəti unutmayın.
Milli.Az
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident onları mükafatlandırdı - SİYAHI
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı