Yasamalda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

img

16-03-2021 [14:06]


Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Ramiq Əzimov və Təbib Əliyev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxslər hadisə zamanı Yasamal rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefon istəyiblər. Daha sonra həmin şəxslər zərərçəkənin dəyəri 410 manat olan “Samsung” markalı telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.

Polis əməkdaşları tərəfindən saxlanılan R.Əzimov və T.Əliyev etdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA