Sumqayıt şəhər sakinləri Şahlar Məmmədovla Gülşən Qasımova tutulub

img

15-03-2021 [11:40]


Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən Mia.az-a məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri - əvvəllər məhkum edilmişlər Şahlar Məmmədov və Gülşən Qasımova tutulub.

Polis şöbəsində aparılan şəxsi axtarış zamanı G.Qasımovanın əlindəki çantadan 1 kiloqramdan artıq marixuana, 100 qramdan artıq metamfetamin, üzərindən isə heroin, Ş.Məmmədovdan da heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA