Biləsuvarda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

img

13-03-2021 [09:39]


Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanlardan dördünün kimliyi məlum olub.

Məlumata görə, bunlar Astara rayon sakinləri - 1981-ci il təvəllüdlü Süleymanov Natiq Baloğlan oğlu, 2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı və Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğludur.

Ölən və digər yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

***

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Yaralılardan 4-ü Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA