“Binə” Ticarət Mərkəzində 45 mağaza yanıb

img

25-12-2013 [11:49]


Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Qaradağ rayonunundakı "Binə” Ticarət  Mərkəzində ötən gecə baş vermiş yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Ticarət  Mərkəzinin  4-cü və 5-cı  sıralarında  hər birinin sahəsi 40 kv. m olan 45 ədəd  müxtəlif geyim və paltar satışı  mağazalarının   plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri   və içərisindəki mallar  1800 kv. m sahədə yanıb. Yanğından  ticarət   mərkəzinin qalan hissəsi mühafizə olunub. Nazirliyin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA