Məşhur restoranda dava - Müğənni ilə məclis sahibi arasında gərginlik yaranıb, yumruq zərbəsi alan aşıq huşunu itirib

img

07-03-2021 [11:50]


İş adamı Şərurlu İsfəndiyarın sahibi olduğu  “Hollivud”   restoranında insident yaşanıb.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, otel biznesi ilə məşğul olan iş adamlarından birinin qanunsuz təşkil etdiyi ziyafətdə dava düşüb. Belə ki, ziyafətin aparıcısı müğənni Nüşabə Musayeva ilə ev sahibi arasında anlaşılmazlıq olub.

Bu zaman müğənni əlində olan bakalı qaldırıb, yerə çırıb. Sonra məclisdə dava düşüb. Dava zamanı qonaqlardan biri aşıq Fəzail Miskinliyə yumruq vurub. Aşıq huşunu itirərək yerə yıxılıb.

Aranın qızışdığını görən ziyafəti təşkil edən iş adamı qonaqları sakitləşdirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR