Saxta general-mayor məhkəmə zalından azadlığa buraxılıb - Azərbaycanda + FOTO
02-03-2021 [17:40]
Nərimanov Rayon Məhkəməsində beynəlxalq təşkilatda işlədiyini deyən saxta general-mayor Firdovsi Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmə onun barəsində irəli sürülən Cinayət Məcəlləsinin 320.1-ci (saxta sənəd hazırlama və satma) maddəsisinin sübuta yetirilmədəyi qənaətinə gəlib.
Hökmə əsasən, bu maddə üzrə ona bəraət verilib. F.Ələkbərova 1 il 1 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edib və 2 min manat cərimə edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.
Belə ki, paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş F.Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb. Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb.
Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu olaraq ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.
F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.
Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə COVİD-19 pik həddə: daha 62606 nəfər yoluxub, ölənlər var
Məleykə Abbaszadə: "Valideynlər öz övladlarının bu yarışda önə çıxmasını təmin etmək üçün..."
DİM sədrindən imtahanlarla bağlı yeni - Açıqlamalar
Azərbaycanda daha 25711 nəfər peyvənd olunub
Azərbaycanda daha 2148 nəfər koronavirusa yoluxub, 30 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Bakıda daha bir bələdiyyə sədri cərimələndi
Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağrılıb
Bakıda koronavirus xəstəsi kafedə belə tutuldu - FOTOLAR
Prezident Pedaqoji Universitetlə bağlı sərəncam verdi
Sabiq icra başçısı hakim qarşısına çıxarıldı
İranda daha 21312 nəfər koronavirusa yoluxub
"Whatsapp"da 2 təhlükəli boşluq aşkarlanıb
Prezident daha bir sərəncam imzaladı
Müdafiə Nazirliyi Cəbrayıldan yeni görüntülər yaydı - VİDEO
Prezident İlham Əliyev iki xidmətə əlavə səlajiyyət verdi - Fərman
ŞOYQUDAN QARABAĞLA BAĞLI AÇIQLAMA: "Ora kimsə qayıdıb?"
Rusiyada daha 9321 nəfərdə koronavirus aşkarlanıb
Sabahın hava proqnozu açıqlandı
FTX Ukraynanın konsulunu casusluq ittihamı ilə saxladı, rəsmi Kiyevdən Moskvaya etiraz: "Bunun cavabı olacaq"
Qubadlıda ermənilərin atıb qaçdığı silahlar tapıldı - VİDEO
Azərbaycan nefti cüzi bahalaşdı
Ermənistanda daha 870 nəfərdə koronavirus aşkarlanıb
Gürcüstanda daha 1219 nəfər koronavirusa yoluxub
Xristian dini icmasının üzvləri Xocavəndə səfər ediblər
Saatlı rayonunda intihar etmək istəyən şəxs xilas edilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rusiyadan ABŞ-a cavab həmləsi: 8 rəsmi şəxs "qara siyahı"ya salınıb
"BU, NAĞILDIR, KİM DANIŞIRSA..." - Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı qalmaqallı ittihamlara belə reaksiya verdi
Dünyada koronavirus: son sutkada 804 mindən çox yoluxan var
NAZARBAYEVİN BÖLGƏNİ KÖKÜNDƏN DƏYİŞƏCƏK İDEYASI: "Turan dəhlizi" və qarşısındakı əsas maneələr... - Professordan təhlil
Rusiya ABŞ-ın 10 diplomatını ölkədən çıxarır: "Biz buna qarşılıqlı cavabı verəcəyik"
Hökumət tikinti ilə bağlı yeni qərar verdi - Detallar
Türkiyədə COVİD-19 pik həddə: daha 63082 nəfər yoluxub, ölənlər var
"Qarabağ" "Səbail"lə sülh bağladı
"Həkim insanlara günəş qədər lazıımdır" - Akademik Zərifə Əliyevanın zəngin həyat yolu (FOTOLAR)
Azərbaycanda daha 27542 nəfər peyvənd olunub
Azərbaycanda daha 2163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Britaniyada COVID-19-un yeni ştammları aşkarlanıb
ABŞ-ın Rusiyadakı səfiri Kremlə çağırıldı - Sanksiyalarla bağlı
Neft istehlakı 2023-cü ildən kəskin şəkildə enməyə başlayacaq
DYP-dən sürücülərə texniki baxışla bağlı - Xəbərdarlıq