Əməkdar artist plastik əməliyyat etdirən qadınları "topa tutdu": "Dodaq əcaib..."

img

26-03-2026 [18:04]


Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyat etdirən qadınları tənqid edib. 

Mia.az xəbər verir ki, müğənni “Günorta görüşərik” proqramında qonaq olan zaman qatıldığı bir məkanda gördüyü mənzərəni pisləyib.

O bildirib ki, orada olan xanımların əksəriyyəti üzündə, dişində xoşagəlməz formada dəyişiklik edib: “Qarşımda dörd-beş qadın oturmuşdu. əcaib bir şey idi. Yandan, qabaqdan görüntü, dişlər, dodaq əcaibdir. Bu, nə görüntüdür? Hara gedirsiniz, sonunuz nə olacaq sizin? Bizim bəlli bir yaşımız var. Bunlar 20-21 yaşında qız sağlam dişlərini yondurub, başqasını qoydurur”. (Yeni Sabah)


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:36 25.03.2026

Xəzərdə zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA