"Barselona"nın sabiq prezidenti saxlanılıb

img

01-03-2021 [15:03]


İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu saxlanılıb.

Bu barədə "Cadena SER" nəşri məlumat yayıb.

58 yaşlı funksioner bu gün səhər saatların həbs edilib. O, vəzifə səlahətlərindən sui istifadə və korrupsiyada ittiham edilir.

Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də saxlanılıb/Report.

Qeyd edək ki, polis səhər saatlarından "Barselona"nın ofislərində araşdırma aparıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA