Qazaxda 80 yaşlı kişi diri-diri yandı (FOTO)

img

19-12-2013 [14:34]


Ötən gün Qazax rayonunda 310 kvadratmetr sahəsi olan yaşayış evində güclü yangın baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliynin yanğından muhafizə şöbəsinin əməkdaşları cəlb olunub. Axşam saatlarında baş verən yanğın zamanı evdə yaşayan 80 yaşlı Oktay Cəlilov yanıb. Hadisə şahidlərinin bildirdiyinə görə, o evdə tək qalırmış.

Ev yanarkən ətrafda olanların köməyi mümkün olmayıb. Buna səbəb evin əşyalarla tam dolu olması olub.

Ev sahibinin oğlu rayon mərkəzində yaşadığına görə yanğından gec xəbər tutub. Yanmış evdə bir dənə də olsun salamat əşya qalmasa da, ətrafdakıların köməyilə evin sahibinin axtarışlarına başlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, Oktay Cəlilov bu çarpayıda yatirmış. Alov evi bürüyəndə o qapıdan çölə çıxmaq istəyib. Bu zaman müvazinətini itirən mərhum qapının ağzında yıxılıb və burada da yanaraq ölüb.

Kənd sakinlərinin köməyilə yanan qalıqlar altından onun bədəninin müxtəlif hissələrini tapmaq mümkün olsa da, cəsədin 90 faiz hissəsi yanaraq kül olub.

Kənd sakinləri bu kimi hadisələrin çox olduğunu və rayon mərkəzindən bu əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının gəlməsinin uzun vaxt tələb olunduğunu deyirlər.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi dəqiqləşməsə də, faktı araşdiran qurumlar elektrik naqilillərinin qapanması və qaz sızması üstündə dayanıblar.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA