Türkiyə Super Liqasının bombardiri Rusiya klubuna keçdi

img

23-02-2021 [18:27]


Türkiyənin "Hatayspor" komandasının futbolçusu Aaron Bupendza karyerasını Rusiyada davam etdirəcək.

Bu barədə klubun fəxri prezidenti Lütfü Savaş yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, qabonlu hücumçunun transferi ilə bağlı "Krasnodar"la anlaşma əldə olunub. Premyer Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 8 milyon avro və növbəti satışdan 20 faiz bonus ödəyəcək.

Qeyd edək ki, hazırda 18 xalla Superliqanın bombardiri olan 25 yaşlı forvardla "Fənərbağça" və "Qalatasaray" da yaxından maraqlanırdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA