60 hərbçi Hadruta ilk girən Qarabağ qazisi ilə bağlı Prezident və Birinci xanıma müraciət etdi - FOTOLAR

img

22-02-2021 [13:02]


Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlanıb.

Mia.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən Z.Kazımovun vəkili Bəhruz Bayramov bildirib ki, onun ev dusaqlığına buraxılması üçün məhkəməyə müraciət edib. Onun sözlərinə görə, Z.Kazımovun ev dustaqlığına buraxılması üçün zəruri şərtlər var: 

“Öncə onu qeyd edim ki, Ziya Kazımovun işi 3 il 6 ay öncə başlanıb, amma sonra istintaq hərəkətləri aparılmayıb. İndi iddia olunur ki, guya hazırda və bundan sonrakı dönəmdə istintaqa maneə yarada bilər. Halbuki belə bir niyyət olsaydı, 3 il 6 ay ərzində maneə yaradılardı. Digər tərəfdən, əgər onun hər hansı bir təqsiri varsa, bu müddət ərzində necə olub ki, hərbi xidmətini davam etdirib, rütbə və vəzifə alıb, təltif olunub? Biz hesab edirik ki, Ziya Kazımovun həbsdə saxlanmasına ehtiyac yoxdur, onsuz da hər hansı təqsiri olmadan bu qədər müddət həbsdə saxlanılır. 

Bundan əlavə, Vətən Müharibəsi dövründə Ziya Kazımov kantuziya alıb və səhhətində ciddi problemlər var. Onun  müalicəyə ehtiyacı olduğundan ev dustaqlığına buraxılması zəruridir. O ev şəraitində müalicə alaraq da istintaq davam etdirilə bilər”. 

Vəkil onu da qeyd edib ki, Z.Kazımovun təqsirsiz olduğu, qanunsuz olaraq həbsdə saxlanılması və ev dustaqlığına buraxılması ilə bağlı 60 zabitin imzasıyla Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət edilib: “İnanırıq ki, Ziya Kazımovun əsassız olaraq həbsdə saxlanılmasına son vermək, onun ev dustaqlığına buraxılması üçün lazımi qərar veriləcək. Vətən Müharibəsi iştirakçısı və qazisinə qarşı haqsızlıq edilməsi qəbuledilməzdir”.  

Qeyd edək ki, Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub. 

Orxan Həsənli


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA