“Kontakt Home” alıcıya xarab telefon satıb: "Zəmanət talonu da işə yaramır, deyirlər ki..." - Ekspertdən şərh
21-02-2021 [17:07]
Sosial şəbəkələrdə vətəndaşlar tez-tez məişət avadanlıqlarının, eləcə də telefon və komputerlərin satışı ilə məşğul olan şirkətlərin xidmətlərindən razı qalmadıqları ilə bağlı paylaşımlar edirlər.
Əsas problemlərdən biri satın alınan malın problemli olduğu halda şirkətin müxtəlif formada məsuliyyəti öz üzərindən rədd etməsidir. Bu kimi problemlər Bakı şəhəri ilə yanaşı bölgə filallarının satdığı mallarda da özünü göstərir. Müştəri müraciət etdikdə baş ofisə müraciət etməli olduqları bildirlir.
Vətəndaş Amil Hadiyev də “Kontakt Home”dən narazıdır. O bildirir ki, sözügedən şirkətdən telefon alıb, lakin mal deffektlidir, şirkət isə ona lazımı xidməti göstərmir:
“Şirkətdən telefon aldıqda verilən vədlərlə sonradan problem yaranan halda dediklərir üst-üstə düşmür. Əlavə zəmanət talonu verilib. Amma o talon demək olar ki, işə yaramır. Telefonu istifadə etmək mümkün olmur. Müraciət etdikdə isə şirkət deyir ki, 14 günü keçdiyi halda qaytarmaq mümkün deyil. Yalnız alıb yoxlaya bilərik, bizlik problem olsa 14 gün müddətində təmir edib geri qaytaracağıq, əks halda siz ödəniş edəcəksiniz.
Birincisi problem təbii ki, onlarlıqdır. Telefon yerə düşməyib, zərbə almayıb. Aldığım müddətdən bir həftə sonra öz-özündən tez-tez sönüb yanır, donur, zəng etmək mümkün olmur, axtarış sistemlərinə girib şəxslərə mesajlar göndərir. İkincisi əgər servisə aparıb versəm 14 gün müddətində nə istifadə etməliyəm? İşim telefondan asılıdır. Ən pis halda şirkət telefonun üstündə pul tələb etməklə dəyişməlidir. Amma bunu da etmirlər. Rəsmi qaydada danışıb sadəcə başlarından edirlər. Və ya onların təklifi yararsız olur. Özlərinə sərf edən təklifi edirlər. Müştərini düşünmürlər”.
Mövzu ilə bağlı hüquqşünas ekspert Əkrəm Həsənov “regionnews.az”a danışarkən bildirdi ki, əslində qoyulan müddət 14 gün yox, daha çox olmalıdı:
“Bu müddət ərzində alınan malda problem çıxarsa, ticarət şəbəkəsi onu dəyişdirməli, geri götürməlidir. Əlbəttə, baş verən problem vətəndaş tərəfindən yaradılmayıbsa. Yəni sınmayıbsa, texniki zədə almayıbsa, bu zaman mütləq əvəz olunmalıdır. Əgər problem müştəri tərəfindən yaranmayıbsa, o zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətininə (AİBNDX) müraciə edə bilər. Həmin xidmət vətəndaşın hüquqlarını müdafiə edir. Həmin ticarət şəbəkəsindən tələb edir ki, vətəndaşın hüquqları bərpa olunsun. Bu yerinə yetirilməzsə, o zaman məhkəməyə müraciət edilə bilər. Amma aydındır ki, vətəndaş 300-400 manatlıq əşya üçün məhkəməyə müraciət etməyəcək. Çünki hamımız bilirik ki, bu variant daha baha başa gələcək. Dövlət AİBNDX –i ona görə yaradıb ki, ətəndaşlar məhkəmələrdə vaxt itirməsinlər”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq