Ekspert KTN-nin subsidiya siyasətini "göydən yerə" vurdu: "Fermerə od qiymətinə satılan gübrə, pestisid..." - KTN-də bir peşəkar kadr tanımıram"
21-02-2021 [00:27]
Son illər ölkədə kənd təsərrüfatı sahəsində yenidən canlanma müşahidə olunmağa başlayıb. Dövlət bir sıra müxanizmlər vasitəsi ilə fermerə dəstək olmaq istəyir. Bu məqsədlə fermerlərə subsidiyalar ayrılır.
Əvvəllər bu mexanizm kortəbii aparılsa da, artıq 2020-ci ilin yanvarın 1-dən etibarən subsidiyalar fermerlərə vahid mexanizm vasitəsilə çatdırılır.
Prezidenti İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Bu Fərmandan irəli gələn bir sıra məsələlər üzərində işlənilib.
Lakin problem hələ də qalmaqdadır. Fermer, kəndli alacağı subsidiyanın bir hissəsini nəğdləşdirə bildiyi halda, digər hissəsini isə bu formada ala bilmir. Yəni dövlət qalmış pulun ödənilməsi yerinə ona gübrə, pestisid və digər məhsullarını satır. Hətta pərakəndə satışdan daha baha qiymətə kəndliyə satır.
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı “regionnews.az”a danışan kənd təsərrüfatı üzər ekspert Vahid Məhərrəmov hesab edir ki, 2007-ci ildən subsidiyaların verilməyə başladığı vaxtan həmin məbləğin bir hissəsinin yanacağa nəzərdə tutulduğu zaman təklif verirdim ki, hökumət sahibkarın işinə qarışmamalıdır:

VAHİD MƏHƏRRƏMOV
“Əgər hökumət hansısa subsidiya ayırırsa, hansısa məmura aid deyil. Bu, dövlət vəsaitidir. Dövlət vəsaiti sahibkara birbaşa ödənilmədir. Verilən subsidiyanın bir hissəsinin manipulyasiya yolu ilə məmurların mənimsəməsinə şərait yaradılmamalıdır. Bütün bu vasitələr kimlərinsə bəhrələnməsi istiqamətinə yönəlib. Məmurlar və məmurlara yaxın olan adamlar üçün yeyinti mənbəyidir. Bu, yolverilməzdir. Yəni idxal sahəsində monopoliya var. Bu da oliqarx məmurların əlindədir. Çalışırlar ki, bu yolla ölkəyə gətirilən gübrəni, pestisidi fermərlərə sırımaqla dövlət büdcəsindən ayrılan vəsaitin bir hissəsini mənimsəsinlər. Bu da ona gətirib çıxarır ki, fermerlər əldə etdikləri gübrəni baha qiymətə alır”.
Məhərrəmov hesab edir ki, hətta dövlətin fermerə od qiymətinə satdığı gübrə, pestisid belə keyfiyyətsizdir: “Biz on il qabaq o gübrələri İrana göndərdik. Bizə cavab gəldi ki, o gübrələrin təsiredici qüvvəsi iki dəfə aşağıdır. İki dəfə keyfiyyəti aşağı olan gübrəni fermerlər dəyərindən bir neçə dəfə baha alırlar. Kəndlinin təkcə bu problemi yoxdur, o qədər problemi var ki... Dövlət bəyəm kəndliyə inanmır? Bu da ondan irəli gəlir ki, bu sahəyə məhsul olanlar da qeyri-peşəkarlardır. Ölkədə bir nəfər də olsun ki, peşəkar kadr tanımıram ki, Kənd Təsərrüfatı Nazirliyində olsun. Normal aqronom yoxdur. Biz özümüzü çörəklə, yumurta ilə, quş, mal, qoyun əti ilə, südlə təmin edə bilmirik”.
Ekspert xarici ölkələrin praktikasına dair fikirlər də bildirib: “Əksər ölkələrdə subsidiyalar fermerlərin birbaşa hesabına köçürülür. Və fermerlər əldə etdikləri maliyyə hesabına keyfiyyətli mal istehsal edə bilir. Bunun üçün də seçim imkanı olur. Azərbaycanda isə bu seçim imkanı yoxdur”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq