Daha bir Qarabağ döyüşçüsünə İcra Hakimiyyətində vəzifə verildi - FOTO

img

20-02-2021 [09:17]


Biləsuvar Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.

Məlumata görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə Vətən Müharibəsi qazisi Zamiq Adil oğlu Mənsimli həmin şöbənin müdiri təyin olunub.

Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli Vətən müharibəsində iştirak edib. O, ağır döyuşlərdən birində yaralanıb. Z.Mənsimli Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA