Türkiyənin vitse-prezidenti: "Qarabağın işğalından azad edilməsinə necə dəstək olduqsa..."

img

19-02-2021 [18:19]


Bu gün Ankarada Türkiyə-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib və 138 maddədən ibarət protokol imzalanıb.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay bildirib: "Bu sənəd bizim yol xəritəmizdir. 2020-ci ildə iki ölkə arasınd ticarət dövriyyəsi bir qədər də artıb. Məqsədimiz 2023-cü ilə qədər 15 milyard ABŞ dolları dəyərində dövriyyəyə nail olmaqdır"/Report, 

Türkiyənin vitse-prezidenti xatırladıb ki, Ermənistan Qarabağda qadın, uşaq demədən dinc sakinləri qətlə yetirərkən beynəlxalq ictimaiyyət səssiz qalıb: “Biz isə Qarabağ davasında Prezidentimizin rəhbərliyi altında bu günədək masada verdiyimiz dəstəyi meydanda da nümayiş etdirdik və artıq Qarabağ şanlı zəfəri ifadə edir. Çünki bizim qardaşlığımız zamana, duruma, şərtlərə görə dəyişməz. Bəzi qrupların etdiyin kimi – masada fərqli, meydanda fərqli davranış görə bilməzsiniz bizdən. Qarabağın Ermənistanın işğalından azad edilməsinə necə dəstək olduqsa, Qarabağın bərpasına da elə dəstək olacağıq. İki ölkə arasında iqtisadi münasibətlərin də qardaşlıq münasibətləri səviyyəsinə çatması üçün əlimizdən gələni edəcəyik. Türkiyənin Şəhərsalma Nazirliyi işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" modelinin qurulmasına, Energetika Nazirliyimiz isə yaşıl enerjinin tətbiqinə dəstək verəcək".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA