Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

19-02-2021 [15:05]


Azərbaycanda bu gün koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 232 829 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3 193 nəfər vəfat edib. Hazırda 2 164 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 215 , bu günə qədər isə ümumilikdə 2 535 825 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA