Mikayıl Cabbarov: "Bu, Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da genişləndirəcək”
19-02-2021 [11:45]
“Bu gün dövlətlər və dövlət qurumları, təşkilatlar arasında bir sıra sazişlərin imzalanması nəzərdə tutulur və bu, Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da genişləndirəcək”.
Bunu “Real TV”-yə müsahibəsində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu sazişlərin nəticəsində da Türkiyə bazarına daxil olan məhsullarımız, Azərbaycan bazarına daxil olan türk məhsullarının sertifikatlaşma prosesinin sadələşdirilməsi və avtomatlaşdırılması nəzərdə tutulur. Həmçinin bildiyiniz kimi bu il mart ayının 1-dən iki ölkə arasında güzəştli ticarət yəni preferensial ticarət sazişinin icrası başlanır. İnanırıq ki, bu da öz növbəsində ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək. Azərbaycan-Türkiyə biznes forum çərçivəsində nəqliyyat-loqistika, rəqəmsal iqtisadiyyat, birgə sərmayələrin yatırılması, hər iki ölkə ərazisində yeni layihələrin, xüsusilə də kənd təsərrüfatı və tekstil kimi sahələrdə həyata keçirilməsi imkanları əsas müzakirə olunan mövzular arasında idi”.
Nazir həmçinin ötən gün imzalanan sazişlərin mahiyyətinə də toxunub:
“Bildiyiniz kimi dünən Azərbaycanla Türkiyə iş adamları arasında dövlət rəsmilərinin, nümayəndə heyətlərinin iştirakı ilə geniş “Biznes Forum” keçirilmiş və bu biznes forumda ilkin danışıqlar və həyata keçirilən işlərin nəticəsi olaraq iqtisadi sahədə bir sıra mühüm müqavilələr imzalanıb. Bunlar müxtəlif sahələri əhatə edir, həm dağ-mədən sahəsində fəaliyyətlə bağlı, həm tekstil, həm nəqliyyat, hər iki ölkələrə qarşılıqlı layihələrin həyata keçirilməsi və sərmayələrin qoyuluşu.
Qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında hər zaman olan dostluq və qardaşlıq münasibətləri və əlaqələri hal-hazırda yüksələn xətlə davam edir. Dövlət başçımızın siyasətinin nəticəsi olaraq, şanlı Qarabağ zəfərimizin nəticəsi olaraq bölgədə həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrin, nəqliyyat qovşaqlarının müxtəlif formatlarda - üçtərəfli formatda, 3+3 formulaya əsasən həyata keçirilən birgə əməkdaşlıq layihələri iqtisadi subyektləri üçün də, şirkətlər və iş adamları üçün də geniş imkanlar açır”, - deyə nazir əlavə edib/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq