Dünya Bankı: "Manatın məzənnəsi yüksək səviyyədə qalır"

img

18-02-2021 [16:48]


Bu ilin yanvar ayında Azərbaycanda xarici valyutaya tələbatın artmasına baxmayaraq, manatın dollara qarşı məzənnəsi 1,7 AZN/USD səviyyəsində sabit qalıb.

Bu barədə ölkə iqtisadiyyatına dair Dünya Bankının aylıq hesabatlarının (Azerbaijan Monthly Economic Update) fevral buraxılışında bildirilir.

“Dövlət Neft Fondu (SOFAZ) yanvar ayında 645 milyon ABŞ dolları, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə məbləğin iki mislindən artıq və aylıq limitdən 8 faiz artıq valyuta satıb”, - hesabatda göstərilir.

“Həmçinin AMB manatın likvidliyini azaltmaq üçün not buraxılışını artıraraq yanvar ayının sonuna olan vəziyyətə görə, 1 milyard manat məbləğində not buraxıb ki, bu da dekabr ayının sonuna nisbətən 60 faiz çoxdur”, - sənəddə qeyd olunur.

Bununla yanaşı, SOFAZ-ın valyuta aktivlərinin 2019-cu ilin sonundakı kimi, cari il yanvar ayının sonunda da sabit olaraq 43,6 milyard ABŞ dolları səviyyəsində qaldığı bildirilir. Belə ki, məzənnə dəyişkənliyindən əldə edilmiş 3.473,9 milyon manatlıq gəlirin neft-qaz qiymətlərinin azalması nəticəsində karbohidrogen ixracından əldə edilən (6.587,3 milyon manat) daha az gəlirlə bağlı itkiləri ödəyib. AMB-nin isə valyuta ehtiyatları yanvarın sonunda 6,4 milyard dollar olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA