UEFA Gənclər Liqasında 2020/2021 mövsümü ləğv olunub

img

17-02-2021 [20:24]


UEFA Gənclər Liqasında 2020/2021 mövsümü ləğv olunub.

Məlumata görə, qitə futbol qurumu koronavirus pandemiyası ilə bağlı bu addımı atıb.

Avropadakı epidemioloji vəziyyətin əlverişsiz inkişafı turnir iştirakçıları üçün maddi-texniki cəhətdən çətinlik yaratdığından bu cür qərar verilib.

Qeyd edək ki, cari mövsümdə Azərbaycanı Gənclər Liqasında "Qəbələ" təmsil etməli idi. Əyalət təmsilçisi martın 4-də 1/32 fnal mərhələsində Şimali Makedoniyanın "Şkupi" klubu ilə qarşılaşmalı idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA