Hacı Ibrahim Nehrəmlinin şəriki Türkiyədə həbs olundu

img

17-12-2013 [11:38]




Bu gün səhər saatlarında Türkiyədə polisin keçirdiyi əməliyyat zamanı "Khazar İslands" layihəsində Hacı İbrahim İbrahimovla partnyor olan iş adamı Əli Ağaoğlu saxlanlıb.

AzNews.az xəbər verir ki, bir qrup iş adamı ilə birlikdə saxlanan və Türkiyənin milyarderləri sırasında yer alan Əli Ağaoğlunun adı rüşvət qalmaqalında hallanır.

Qeyd edək ki, Əli Ağaoğlunun bundan bir müddət əvvəl Hacı İbrahimin dəvəti ilə Azərbaycanda səfərə gələrək, layihə ilə tanış olub.

Bundan başqa Əli Ağaoğlunun sahibi olduğu şirkətin Bakının mərkəzində, metronun "Sahil” stansiyasında yerləşən "Zabitlər evi”nin yerində yaşayış kompleksinin tikdiyi də bildirilir.

Binanın tikintisinə BŞİH-dən razılıq alınmasında Hacı İbrahimin vasitəçilik etdiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA