"İrşad Electronics" qanunları pozub - Şirkət məhkəməyə verilib

img

17-02-2021 [12:14]


"İrşad Electronics" MMC barədə inzibati protokol tərtib edilib.

Məlumata görə, şirkət qanunvericilikdə nəzərdə tutulmuş sürtifikatlaşdırma qaydalarını pozmaqda təqsirləndirlir.

İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 4 manatdan 6 min manatadək məbləğdə cərimə edilir.

“İrşad Electronics” Azərbaycanda elektronika və məişət texniksı satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir. Şirkətin Bakı, Sumqayıt daxil olmaqla 35 şəhər və rayonda mağazaları, 700 dən çox dileri mövcuddur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA