127 gündən sonra şəhid xəbəri gələn əsgərimiz dəfn edilib - FOTOLAR

img

13-02-2021 [13:44]


Vətən müharibəsində itkin düşmüş və 127 gündən sonra meyiti tapılan 23 yaşlı şəhid Cavidan Məmmədli dəfn olunub.

Mia.az Report-a istinadla xəbər verir ki, şəhidlə doğulduğu İmişli şəhərindəki evində vida mərasimi keçirilib.

Daha sonra şəhid rayonun Şahverdili kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin dayısı İlkin Hüseynov "Report"un Aran bürosuna bildirib ki, 1997-ci il təvəllüdlü Cavidan Məmmədli Füzuli istiqamətində döyüşlərdə olub: "Sonuncu dəfə onunla oktyabrın 7-də əlaqə saxlanılıb. Günorta saatlarında isə Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən qanlı savaşda şəhidlik zirvəsinə ucalıb".

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA