"Bu halda maskasız gəzə bilərsiniz!" - TƏBİB-dən əhaliyə xəbərdarlıq

img

12-02-2021 [12:03]


“Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Elə bir qayda yoxdur”.

Mia.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

O bildirib ki, əgər biz sosial ərazilərdəyiksə, o zaman maska taxmalıyıq: "Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Sırf inzibati qaydadır deyə sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ötən ilin noyabr ayından açıq havada maska taxmaq məcburi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA