“Nestle” və “Mars” məhkəməyə verilib

img

13-02-2021 [11:53]


ABŞ-ın hüquq müdafiəsi təşkilatı - “International Rights Advocates” (IRA) 8 Mali vətəndaşının adından insan alveri və uşaq əməyinin istismarı ittihamları ilə bağlı bir neçə şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

“RİA Novosti”nin verdiyi məlumata görə, bunların arasında “Nestle” və “Mars” şirkətləri də var.

IRA-nın bəyanatında deyilir ki, Mali vətəndaşları uşaq ikən qanunsuz olaraq Kot d İvuara gətirilib və həmin şirkətlər üçün kakao yığmağa məcbur edilib.

Təşkilatın rəhbəri Terri Kollinsvort bildirib ki, təqsirləndirilən şirkətlər bundan əvvəl də uşaq əməyindən istifadə etməkdə günahlandırılıblar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA